Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
“Startap üçün yeni imkanlar” mövzusunda məlumatlandırıcı vebinar keçiriləcək 05.05.21
“Startap üçün yeni imkanlar” mövzusunda məlumatlandırıcı vebinar keçiriləcək

Startaplar üçün yaradılmış yeni dəstək mexanizmləri, o cümlədən “Startap” şəhadətnaməsi ilə bağlı mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün məlumatlandırıcı vebinar təşkil olunacaq. Mayın 7-də saat 11.00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək “Startap üçün yeni imkanlar” mövzusunda vebinarda startaplar üçün yeni maliyyə dəstəyi mexanizmləri, “Startap” şəhadətnaməsinin üstünlükləri, müraciət qaydası və lazım olan sənədlər barədə məlumat veriləcək, KOB subyektlərini maraqlandıran suallar cavablandırılacaq.


KOB subyektləri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməklə vebinarda iştirak edə bilərlər: 

https://zoom.us/webinar/register/WN_6jLmAUoVQO2FMUx6LFiJfA


Məlumat üçün bildirək ki, KOBİA tərəfindən “Startap” şəhadətnaməsinin verilməsi üçün KOB subyektlərindən müraciətlərin qəbulu davam edir. “Startap” şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir. “Startap” şəhadətnaməsi almaq istəyən KOB subyektləri müvafiq ərizə və sənədlərlə Agentliyə yazılı formada (Ünvan: AZ1069, Bakı şəhəri, Atatürk prospekti, 134) və ya elektron qaydada (info@smb.gov.az) müraciət edə bilərlər. Müraciət etmək üçün müvafiq ərizə forması və lazım olan digər sənədlər barədə məlumatlar KOBİA-nın rəsmi internet səhifəsində yerləşdirilib - https://bit.ly/3dETJqw

Powered by Froala Editor