Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
“Startap” şəhadətnaməsi almış sahibkarların 31-i qadın sahibkardır 20.11.25
“Startap” şəhadətnaməsi almış sahibkarların 31-i qadın sahibkardır

Bu barədə KOBİA-dan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, indiyədək hüquqi və fiziki şəxslər olmaqla, ümumilikdə 220 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Müvafiq sənədi almış startaplar əsasən “FinTech”, “EdTech”, “HealthTech”, “AgriTech”, “GreenTech”, rəqəmsal turizm, nəqliyyat-logistika həlləri və süni intellekt sahələrində fəaliyyət göstərirlər. 43 startap regionlardan, 177-si isə Bakı şəhərindəndir.

KOBİA tərəfindən verilən, mikro və kiçik sahibkarları innovasiya fəaliyyəti üzrə gəlir və mənfəət vergisindən 3 il müddətinə azad edən “Startap şəhadətnaməsi” mexanizminin əhatə dairəsinin genişləndirilməsi, müraciət prosesinin elektronlaşdırılması nəzərdə tutulur. İyirmi min manat məbləğində qrantın ayrılmasını nəzərdə tutan proqramın da davam etdirilməsi planlaşdırılır.

Həmçinin yeni yaranan startapların ilkin mərhələdə inkişafına yönəlik dəstək mexanizmlərinin gücləndirilməsi planlaşdırılır. Gənc sahibkarlar üçün innovasiya inkubatorları və akselerasiya proqramlarının işə salınması, mentorluq və təlim imkanlarının artırılması da prioritet istiqamətlərdəndir.

Bununla yanaşı, KOBİA və bir sıra ölkələrin aidiyyəti qurumları arasında mövcud olan əməkdaşlıq çərçivəsində innovasiya və startap ekosisteminin inkişafına yönəlik birgə təşəbbüslərin, akselerasiya proqramlarının və təcrübə mübadiləsi imkanlarının genişləndirilməsi planlaşdırılır.

Startap yarışmaları startap layihələrinə investisiyaların cəlb olunması, ekosistemin digər iştirakçıları ilə tanışlıq baxımından əhəmiyyətlidir. KOBİA qarşıdakı dövrdə də yerli startapların xarici ölkələrdə keçirilən yarışlarda iştirakına dəstək göstərəcək.

 https://azertag.az/xeber/startap_sehadetnamesi_almis_sahibkarlarin_31_i_qadin_sahibkardir-3870543

Powered by Froala Editor