Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 199-a çatıb 11.03.25
“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 199-a çatıb

Mikro və kiçik sahibkarlar vergi azadolmalarını nəzərdə tutan “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. 

Daha 7 mikro və kiçik sahibkara onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilib. Belə ki, “Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclasında KOB subyektlərindən daxil olmuş 9 müraciətə baxılıb və onlardan 7-nə şəhadətnamənin verilməsi qərara alınıb. 

“Startap” şəhadətnamələri "Green Public" MMC-nin ağacəkmə, yaşıllaşdırma tədbirləri və ianələr üçün onlayn platforması, "Lumusoft" MMC-nin motosiklet, ikitəkərli elektrikli nəqliyyat vasitələri və velosipedlər üçün onlayn marketpleys, “Self Tech” MMC-nin özünəxidmət kofeşopu və mikromarket üçün ağıllı həllər, "U and R Company" MMC-nin dövlət qurumlarında və özəl şirkətlərdə kadrların idarəedilməsi üçün onlayn platforması, "Azari" MMC-nin kuryer xidmətlərinin idarəedilməsi üçün onlayn platforması, fərdi sahibkarlar Günay Əliyevanın onlayn təhsil platforması və Cavid Cabbarovun tullantı qida qalıqlarının təkrar emalı, ev heyvanları üçün konservləşdirilmiş yem istehsalı layihələrinə təqdim edilib. 

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi



Powered by Froala Editor