Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
“Startap” şəhadətnaməsi almaq istəyən sahibkarların müraciətlərinə baxılıb 21.05.21
“Startap” şəhadətnaməsi almaq istəyən sahibkarların müraciətlərinə baxılıb

Mayın 21-də “Startap” şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının ilk iclası keçirilib. İclasda “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) sahibkarlıq subyektlərindən daxil olmuş müraciətlərə baxılıb.


Ekspertlər Şurasında təmsil olunan dövlət qurumlarının və müstəqil ekspertlərin iştirakı ilə keçirilmiş iclasda qeyd edilib ki, “Startap” şəhadətnaməsinin verilməsi üçün müraciətlərin qəbuluna başlanılan tarixdən indiyədək Agentliyə daxil olmuş müraciətlərin 5-i qeydiyyata alınıb və qiymətləndirilməsi üçün Ekspertlər Şurasına təqdim edilib.


İclas çərçivəsində daxil olmuş müraciətlərə Ekspertlər Şurası tərəfindən baxılaraq qiymətləndirilib. Müraciəti barədə müsbət qərar qəbul edilmiş sahibkarlıq subyektlərinə “Startap” şəhadətnamələri təqdim olunacaqdır.


Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. “Startap” şəhadətnaməsi almaq üçün sahibkarlıq subyektləri KOBİA-ya yazılı və ya elektron qaydada müraciət edə bilərlər. Agentliyə daxil olmuş müraciətə 30 gün müddətində baxılır və qiymətləndirilməsi üçün Ekspertlər Şurasına təqdim olunur. Ekspertlər Şurasında İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Elmlər Akademiyasının nümayəndələri, müstəqil ekspert qismində isə “Azərbaycanda İnternetin İnkişafı Forumu” İctimai Birliyi, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nəzdində fəaliyyət göstərən “İnnovasiyalar və rəqəmsal texnologiyalar” üzrə komissiya təmsil olunur. Ekspertlər Şurasının rəyi əsasında Agentlik “Startap” şəhadətnaməsinin verilməsi və ya verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. “Startap” şəhadətnaməsi almaq üçün Agentliyə daxil olmuş müraciətlər əsasında ayda bir dəfədən az olmayaraq Ekspertlər Şurasının iclası keçiriləcəkdir.

Powered by Froala Editor