Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Sosial Sahibkarlıq Forumunda KOBİA da iştirak edib 13.10.23
Sosial Sahibkarlıq Forumunda KOBİA da iştirak edib

Sosial Sahibkarlıq Forumunda ölkəmizdə sosial sahibkarlığın inkişafı, bu sahənin təşviqinə KOBİA-nın dəstəyi barədə də məlumat verilib. 

Müvafiq dövlət qurumlarının və sahibkarların iştirakı ilə Bakı Biznes Mərkəzində Sosial Sahibkarlıq Forumu keçirilib. 

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin sosial sahibkarlığın təşviqi istiqamətində fəaliyyəti, bu sahədə həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edilib ki, müasir dövrdə uğurlu və davamlı iqtisadi inkişafa təsir göstərən amillərdən biri də sosial sahibkarlığa dəstəkdir. Sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artması fonunda sosial sahibkarlıq da inkişaf edir. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da sosial sahibkarlıqla bağlı məsələlər nəzərdə tutulur. KOBİA da sosial sahibkarlığın təşviqi istiqamətində yerli və beynəlxalq təşkilatlar, ictimai birliklərlə əməkdaşlıq edir, müvafiq dövlət qurumları və özəl sektorla birgə müxtəlif tədbirlər və layihələr həyata keçirir.

Qeyd edək ki, forum “Education HUB”ın təşkilatçılığı ilə 10-13 oktyabr tarixlərində keçirilən “Azərbaycan dəyər günləri” silsilə tədbirləri çərçivəsində təşkil olunub. Bu tədbirlər çərçivəsində həmçinin, oktyabrın 11-də KOBİA-nın dəstəyi ilə “Bakı KOB evi”ndə sosial sahibkarların korporativ satınalmalar sərgisi keçirilib. 

Powered by Froala Editor