Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Şirkətlər arasında intellektual yarış keçirilib 30.10.23
Şirkətlər arasında intellektual yarış keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), "Marsol Group" və "İş adamları Cəmiyyətinin Milli Assosiasiyası"nın təşkilatçılığı, Sahibkarlığın İnkişafı Fondu və "Kapital Bank"ın tərəfdaşlığı, "Global Logistics Services" və Beynəlxalq Təhsil Mərkəzinin sponsorluğu ilə şirkətlər və dövlət qurumları arasında “2-ci Marsol Zəfər Kuboku” intellektual yarışı keçirilib. 

Tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Eldar Həmidov, "Marsol Group"un təsisçisi və "İş adamları Cəmiyyətinin Milli Assosiasiyası"nın İdarə Heyətinin sədri Tural Mustafayev və sponsorlar çıxış ediblər. 

Yarışda şirkətlərdən və bir neçə dövlət qurumundan 138 nəfər olmaqla ümumilikdə 23 komanda iştirak edib. İntellektual yarışda "Kapital Bank"ın komandası 1-ci, "ROOF Academic Training" şirkətinin komandası 2-ci, KOBİA-nın komandası isə 3-cü yerin sahibi olub.

Qaliblər diplom, medal və hədiyyələrlə təltif ediliblər.

Powered by Froala Editor