Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Səudiyyə Ərəbistanı ilə ticarət əməliyyatları aparan yerli KOB subyektlərinə dəstək üçün yeni kredit xətti açılıb 17.03.21
Səudiyyə Ərəbistanı ilə ticarət əməliyyatları aparan yerli KOB subyektlərinə dəstək üçün yeni kredit xətti açılıb

Səudiyyə Ərəbistanı ilə ticarət əməliyyatları aparan yerli sahibkarlara, o cümlədən kiçik və orta biznes subyektlərinə dəstək məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və dəstəyi ilə Səudiyyə İnkişaf Fondu tərəfindən maliyyə xətti açılıb.

 

Bu məqsədlə martın 17-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyrin iştirakı ilə Səudiyyə İnkişaf Fondunun İxrac Proqramı və “Kapital Bank” ASC arasında razılaşma sənədi imzalanıb. Sənədi Səudiyyə İxrac Proqramının baş direktoru Abdulmohsen Al-Khayal və “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev imzalayıblar.

 

Təşkil olunmuş görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi-ticarət, biznes əməkdaşlığı, xüsusilə də KOB sahəsində əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib, Agentliyin təşəbbüsü və dəstəyi ilə reallaşdırılan yeni proqramın Səudiyyə Ərəbistanı ilə ticarət əməliyyatları aparan yerli KOB-lar üçün əhəmiyyətli olacağını vurğulayıb. 

 

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi zərurətini qeyd edib, yeni əməkdaşlıq proqramının ölkələrimiz arasında ticarət və KOB sahəsində əlaqələrin genişləndirilməsi üçün faydalı olacağını bildirib. 

 

“Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bankın kiçik və orta sahibkarlığın inkişafına dəstək verərək, müxtəlif tarif paketləri təqdim etdiyini, yeni proqramın da biznesin inkişafına töhfə verəcəyini vurğulayıb. 

 

Səudiyyə İnkişaf Fondunun İxrac Proqramının baş direktoru Abdulmohsen Al-Khayal proqram çərçivəsində açılmış maliyyə xəttinin Səudiyyə Ərəbistanı mənşəli mallar və xidmətlər idxal edən Azərbaycan sahibkarlarına, xüsusilə də kiçik və orta biznes subyektlərinə ticarət əməliyyatları zamanı dəstək olacağını vurğulayıb.

Powered by Froala Editor