Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Şəmkirdə KOB Fest sərgi-satış yarmarkası keçirilib 08.05.22
Şəmkirdə KOB Fest sərgi-satış yarmarkası keçirilib

Şəmkir rayonunda KOB Fest sərgi-satış yarmarkası təşkil olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş yarmarkada Şəmkir, Tovuz, Daşkəsən və Göygöl rayonlarında fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri, sənətkarlar məhsul və xidmətlərini, əl işlərini təqdim ediblər. Ümumilikdə yarmarkada 70-ə yaxın KOB subyekti tərəfindən 800 adda qida və qeyri–qida məhsulları, bank və sığorta xidmətləri, əl işləri, sənətkarlıq nümunələri nümayiş olunub. 


KOB Fest çərçivəsində həmçinin, sahibkarlar arasında “B2B” görüşlər keçirilib, biznes xidmətlər göstərilib, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar təşkil olunub.


“KOB Fest”in təşkilində məqsəd bölgədə KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir. 


Qeyd edək ki, ilk KOB Fest sərgi-satış yarmarkası Bakı şəhərində keçirilib. Növbəti günlərdə Gəncə, Sumqayıt, Lənkəran, Quba və Füzulidə də KOB Fest təşkil olunacaqdır.

 

Powered by Froala Editor