Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Şəkidə arıçılıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanıb 07.08.19
Şəkidə arıçılıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arıçılıqla məşğul olan sahibkarların müraciəti əsasında arı ailələrinin Şəkinin Kiş kəndi ərazisində yerləşdirilməsinə dəstək göstərib.

KOBİA-nın Şəki şəhəri üzrə “KOB Dostu” Kiş kəndi ərazisində arı ailələrinin yerləşdirilməsi üçün müvafiq icazənin alınması, bunun üçün lazım olan sənədlərin hazırlanaraq, aidiyyəti qurumlara təqdim olunmasında arıçı sahibkarlara - Kazım Qarayevə və Tahir İsmayılova dəstək olub. “KOB Dostu”nun dəstəyi və yerli qurumlarla əməkdaşlıq çərçivəsində arı ailələrinin Kiş kəndində meşə ərazisində yerləşdirilməsi təmin edilib.

Sahibkar Kazım Qarayev: “Uzun müddətdir arıçılıqla məşğul oluram. Arıçılıq əsas gəlir mənbəyimdir. Arı ailələrinin meşə ərazisində yerləşdirilməsi üçün icazə sənədinin alınmasına Şəki “KOB Dostu” tərəfindən yaxından dəstək göstərildi. Hazırda arı ailələri meşə ərazisində yerləşdirilib. Bu il təsərrüfatımdan yüksək məhsuldarlıq gözləyirəm”.

Məlumat üçün qeyd edək ki, KOBİA bundan əvvəl də dövlət-özəl əməkdaşlığı çərçivəsində arıçılıqla məşğul olan sahibkarlara subsidiyaların verilməsi, arıçılıq məhsullarının ticarət şəbəkəsində satışının təşkili ilə bağlı mikro və kiçik sahibkarlara dəstək göstərib.

Powered by Froala Editor