Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən sahibkarların nəzərinə! Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub
Səhiyyə sektorunda dövlət-özəl sektor tərəfdaşlığı modelinin tətbiqi imkanları müzakirə edilib 08.07.21
Səhiyyə sektorunda dövlət-özəl sektor tərəfdaşlığı modelinin tətbiqi imkanları müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan İstanbul Dövlət-Özəl Sektor Tərəfdaşlığı üzrə Kamillik Mərkəzinin rəhbəri Eyup Vural Aydın, KOBİA-nın və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri arasında görüş keçirilib.  

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində keçirilmiş görüşdə səhiyyə sektorunda potensial dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) layihələrinin həyata keçirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb. Müzakirələr çərçivəsində Türkiyədə səhiyyə sektorunda həyata keçirilən DÖST layihələrinin xüsusiyyətləri barədə ətraflı məlumat verilib, eləcə də qardaş ölkənin müvafiq sahədə təcrübəsinin daha dərindən öyrənilməsi və ölkəmizdə belə layihələrin reallaşdırılması imkanlarının araşdırılması barədə birgə təşəbbüslərin həyata keçirilməsi təklif olunub. 

Powered by Froala Editor