Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
“Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib 05.12.24
“Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib

Layihə çərçivəsində Şamaxının investisiya cəlbediciliyinin və biznes imkanlarının təşviqinə dair konsepsiya hazırlanıb.

Şamaxı Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun və İş Adamları Cəmiyyəti Milli Assosiasiyasının təşkilatçılığı ilə "Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib.

Dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli və İş Adamları Cəmiyyəti Milli Assosiasiyasının və “Marsol Group”un rəhbəri Tural Mustafayev ölkə regionlarının və sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri, Şamaxının biznes potensialı və bölgəyə investisiya qoyuluşu imkanları barədə fikirlərini bölüşüblər. 

Tədbirdə İqtisadiyyat İnstitutu tərəfindən 2024-cü il ərzində həyata keçirilmiş "Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması" layihəsi üzrə görülmüş işlər barədə məlumat verilib. Qeyd olunub ki, layihənin məqsədi Şamaxı rayonuna özəl investisiyaların cəlb edilməsi imkanlarının araşdırılması, rayona sərmayə qoyuluşunun artırılması üçün təşviq və dəstək mexanizmlərinin hazırlanması olub. Bunun üçün Şamaxı rayonunun iqtisadi potensialı, demoqrafik xüsusiyyətləri, coğrafi mövqeyi, iqlim şəraiti, istehsal imkanları, insan kapitalı, maliyyə resursları ilə bağlı mövcud vəziyyət təhlil edilib, bir sıra xarici ölkələrin təcrübəsi öyrənilib, yerli sahibkarlar arasında sorğular keçirilib. Həmçinin, layihə çərçivəsində yerli sahibkarlarla görüşlər təşkil olunub, bir sıra dövlət qurumları, ekspertlər və KOBİA ilə əməkdaşlıq edilib.

Biznes forum zamanı məlumat verilib ki, tədqiqat Şamaxı rayonu üçün nəzərdə tutulsa da, ölkənin digər regionları üçün də nümunə olmaqla istifadə edilə, praktik idarəetmə qərarlarının hazırlanmasında, özəl investisiyaların cəlb olunmasında, yeni iş yerlərinin açılmasında, istehsalın artmasında yerli icra hakimiyyəti orqanları üçün faydalı ola bilər. Araşdırmanın nəticəsi olaraq Şamaxının investisiya cəlbediciliyinin və biznes imkanlarının təşviqi üzrə konsepsiya hazırlanıb. Bununla yanaşı, KOB klasterlərin yaradılması, təbii balın və yerli dərman bitkilərinin tədarükü və qablaşdırılması, məişət tullantılarının səmərəli idarə edilməsi, aqroparkların, tədarük məntəqələrinin və soyuducu anbarların genişləndirilməsi, sənaye məhəllələrinin yaradılması, turizmin inkişafı üzrə təkliflər verilib. 

Powered by Froala Editor