Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
800-dən çox biznes subyekti və potensial sahibkar biznes təlimlərdən yararlanıb İstehsal ilə məşğul olan sahibkarlar KOB Model Müəssisənin təlimlərinə dəvət olunur “Unibroad” təhsil platforması dünyanın ən yaxşı startapları sırasında Azərbaycanlı startapçı “Sculptor” cihazı hazırlayıb “AIM Congress”də ölkəmizi təmsil edəcək startap məlum oldu Samux sahibkarları ilə görüş keçirilib, KOB dostu ofisi fəaliyyətə başlayıb Cari ilin I rübündə KOB evlərində sahibkarlara 99 mindən çox xidmət göstərilib Xarici ticarət iştirakçıları arasında sorğu keçirilir Elektron Təhlükəsizlik Xidməti tərəfindən KOBİA-da maarifləndirmə tədbiri təşkil olunub Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupunun iclası keçiriləcək
Sahibkarlıq subyektlərinə “Startap” şəhadətnaməsi verildi 07.06.21
Sahibkarlıq subyektlərinə “Startap” şəhadətnaməsi verildi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarlıq subyektlərinə ilk “Startap” şəhadətnamələri təqdim olundu. Bunlar müvafiq elektron resurslardan və mobil tətbiqlərdən istifadə etməklə vətəndaşlara və sahibkarlara müxtəlif xidmətlər təklif edən “Çak-çuk”, “Dr.Agro” və “Bonpini” onlayn platformalarıdır.  


“Cyber Security Lab” MMC-nin www.cakcuk.az platforması ev təmizliyi, usta, bərbərxana kimi 180-ə yaxın istiqamət üzrə xidmət göstərən işçiləri və işəgötürənləri bir araya gətirməklə, onlar arasında körpü rolunu yerinə yetirir, eyni zamanda leqal sahibkarlığı və rəsmi məşğulluğu təşviq edir. “Bonpini” MMC-nin www.bonpini.az onlayn platforması isə fərdi yaşayış sahələrinin icarədarları üçün xidmətlər təklif edir. “Dr.Agro” MMC-nin “Dr.Agro” proqramı (www.dragro.az) kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslərə əkini planlama, büdcənin hesablanması, aqronomdan məsləhət almaq, fərdi gübrələmə və dərmanlama planları, torpaq və su analizləri kimi xidmətlərdən istifadə imkanı verir. 


“Startap” şəhadətnaməsi KOB subyektlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.


Qeyd edək ki, “Startap” şəhadətnaməsini almaq üçün sahibkarlıq subyektləri KOBİA-ya müraciət etməlidir. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na uyğun gələn müraciətlərə Ekspertlər Şurası tərəfindən baxılır və “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilir. Ekspertlər Şurasında İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Elmlər Akademiyasının nümayəndələri, müstəqil ekspert qismində isə “Azərbaycanda İnternetin İnkişafı Forumu” İctimai Birliyi, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nəzdində fəaliyyət göstərən “İnnovasiyalar və rəqəmsal texnologiyalar” üzrə komissiya təmsil olunur. 


Ətraflı məlumat üçün: https://bit.ly/3dETJqw 

Powered by Froala Editor