Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Sahibkarlarla növbəti görüş Qax rayonunda təşkil olunub 22.07.22
Sahibkarlarla növbəti görüş Qax rayonunda təşkil olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlarla görüşlərini davam etdirir. Növbəti belə görüş iyulun 22-də Qax rayonunda təşkil olunub. KOBİA və Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş görüşdə Qax və ətraf bölgələrdən olan sahibkarlar, rayonda sahibkarlara xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər. 

Görüşdə sahibkarlarla bizneslərinin inkişafı üçün ehtiyacları müzakirə edilib, təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA tərəfindən göstərilən dəstək və xidmətlər barədə məlumat verilib.

Tədbir çərçivəsində həmçinin, KOBİA-nın Qax rayonu üzrə Kiçik və Orta Biznesin dostu – KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim olunub. Bu, Şəki-Zaqatala iqtisadi rayonu üzrə sayca 4-cü KOB dostudur. Hazırda KOB dostları ölkənin 35 şəhər və rayonunda fəaliyyət göstərirlər. 

Qax rayonu üzrə KOB dostu ofisi rayonun Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək. KOB dostu rayonda yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini təmin edəcək. Bu məqsədlə KOB dostu sahibkarların maraqlarının müdafiəsi, investisiya təşəbbüslərinin reallaşdırılması, biznes məsələlərinə dair məlumatlandırma, sahibkarların qarşılaşdıqları çətinliklərin həlli istiqamətlərində müvafiq tədbirlər həyata keçirəcək, dəstək və xidmətlər göstərəcəkdir. 

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlara yerində dəstəyin təmin olunması baxımından KOB dostlarının fəaliyyətinin önəmini qeyd edib, sahibkarları KOB dostu ilə sıx əməkdaşlığa dəvət edib.

Tədbir çərçivəsində Agentlik tərəfindən KOB-lara göstərilən dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb. 

Həmçinin, KOBİA nümayəndələri Qaxda arıçılıq təsərrüfatında olub, təsərrüfatın fəaliyyəti və yerli bal istehsalı ilə maraqlanıblar. 

Powered by Froala Editor