Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Sahibkarlarla növbəti görüş Ağcabədi rayonunda təşkil olunub 23.04.25
Sahibkarlarla növbəti görüş Ağcabədi rayonunda təşkil olunub

Görüşdə sahibkarların biznesin qurulması və inkişaf etdirilməsi ilə bağlı fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlarla növbəti görüş Ağcabədi rayonunda keçirilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş görüşdə kənd təsərrüfatı, heyvandarlıq və sənaye sahələrində fəaliyyət göstərən 130-a yaxın sahibkar, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xətai Zeynalov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov biznes sahəsində yeni çağırışlar, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi dəstək tədbirləri və rayonun iqtisadi potensialı barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Ağcabədi rayonu aqrar və sənaye sahələri üzrə böyük potensiala malikdir və bu imkanlardan düzgün istifadə etməklə sahibkarlar həm yeni müəssisələr qura, həm də mövcud bizneslərini genişləndirə bilərlər. Dövlət tərəfindən təqdim olunan subsidiyalar, güzəştli kreditlər, vergi güzəştləri, investisiya təşviqi sənədi, klasterləşməyə dəstək və digər mexanizmlər rayonda biznesin inkişafında əhəmiyyətlidir. Rayonda yeni biznes ideyaları və investisiya təşəbbüsləri olan sahibkarlar Ağcabədi, eləcə də ətraf şəhər və rayonlarda fəaliyyət göstərən KOB dostlarına müraciət edərək informasiya, məsləhət, əlaqələndirmə və digər istiqamətlərdə dəstək ala bilərlər.

Tədbir çərçivəsində sahibkarların biznes fəaliyyətinin maliyyələşdirilməsi alətləri, o cümlədən güzəştli kreditlər, investisiya təşviqi sənədinin verilməsi, klasterləşmə və bu sahədə dəstək tədbirləri, örüş sahələrindən təyinatı üzrə istifadə edilməsi, heyvandarlığa dəstək, suvarma sistemləri istehsalı üzrə biznes fəaliyyətinin qurulması və digər məsələlərlə bağlı fikir, təklif və ehtiyacları dinlənilib, müvafiq məsələlər ətrafında müzakirələr aparılıb, sualları cavablandırılıb. 

Səfər çərçivəsində KOBİA nümayəndələri Ağcabədi rayonunda fəaliyyət göstərən “ATENA” MMC-nin süd və süd məhsullarının istehsalı müəssisəsində və “Cahidoğlu” MMC-nin çörək və un məmulatları zavodunda olub, sahibkarlarla biznesin inkişafına dair fikir mübadiləsi aparıblar. 

Powered by Froala Editor