Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Sahibkarların “yaşıl layihə”lərinin maliyyələşdirilməsinə dəstək üçün 450 min manat həcmində qrant ayrılıb 21.04.25
Sahibkarların “yaşıl layihə”lərinin maliyyələşdirilməsinə dəstək üçün 450 min manat həcmində qrant ayrılıb

“Yaşıl layihə”ləri olan sahibkarlar “Startap” şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, qrant, təlim, məsləhət xidməti və satışa dəstək üçün KOBİA-ya müraciət edə bilər. 


KOB-ların “yaşıl layihə”lərinin inkişaf etdirilməsinə və “yaşıl iqtisadiyyat”a keçidə töhfə verə biləcək təşəbbüslərinin reallaşdırılmasına dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən indiyədək 27 layihəyə 450 min manatdan çox qrant ayrılıb, 10-dan çox “Startap” şəhadətnaməsi verilib. KOBİA-nın təşəbbüsü və sahibkarların müraciəti əsasında təkrar emal və resurslardan səmərəli istifadə üzrə Agentlik tərəfindən 3 daxili bazar araşdırması aparılıb. Bu istiqamətdə bugünədək KOBİA 250 təlim təşkil edib. KOB subyektlərinin “yaşıl layihə”lərinin Agentliyin təşkilatçılığı və dəstəyi ilə keçirilən müxtəlif sərgi və yarmarkalara çıxarılmasına da dəstək göstərilib. Sahibkarların “yaşıl iqtisadiyyat” ilə bağlı məlumatlandırılması, “yaşıl biznes”in təşviqi üzrə Bakıda və ölkə regionlarında 250-dən çox sahibkarın iştirakı ilə sahəvi görüşlər və maarifləndirmə tədbirləri təşkil olunub. 

Yaşıl təşəbbüs və layihələri olan sahibkarlar “Startap” şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, qrant, təlim, məsləhət xidməti və satışa dəstək üçün KOBİA-ya müraciət edə bilərlər. 

2024-cü ildə KOBİA-nın təşəbbüsü və dəstəyi ilə “Yaşıl biznesin idarəedilməsi sistemləri” və “Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə” dövlət standartları hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul olunub, ESG üzrə vahid rəqəmsal platforma (https://esghub.az/) istifadəyə verilib. Həmçinin, sahibkarlar ətraf mühitə göstərdikləri təsiri ölçmək, istifadə etdikləri resurslardan istifadənin səmərəliliyini qiymətləndirmək məqsədilə Agentlik tərəfindən yaradılmış özünüqiymətləndirmə platformasından (https://yb.smb.gov.az/) istifadə edə bilərlər. Biznes subyektləri bu platformada qeydiyyatdan keçərək və müvafiq sualları cavablandıraraq enerji və sudan nə dərəcədə səmərəli istifadə etdiklərini, tullantıların effektiv idarə olunması və ətraf mühitə təsirlərini qiymətləndirməklə zəif nöqtələrini müəyyən edə və onların aradan qaldırılması üçün zəruri tədbirlər görə bilərlər.

Powered by Froala Editor