Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Sahibkarların satış imkanları genişlənir 25.07.22
Sahibkarların satış imkanları genişlənir

2022-ci ilin birinci yarısında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 600-dən çox mikro, kiçik və orta sahibkarlıq subyektinin məhsul və xidmətlərinin 16 sərgi və yarmarkada nümayiş olunmasına və satışına təmənnasız olaraq dəstək göstərib. Sərgi və yarmarkalarda iştirak edən sahibkarların 80%-i mikro, 15%-i kiçik, 5%-i isə orta sahibkarlıq subyekti olub. KOB-lar sərgi və yarmarkalarda əsasən, sənaye, kənd təsərrüfatı, qida, tekstil, əl işləri və digər fəaliyyət sahələri üzrə məhsul və xidmətlərini təqdim ediblər. 

 

Bu dövrdə mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrinə çıxışına dəstək məqsədilə KOBİA-ya 59 müraciət daxil olub. Müraciətlərin 30-u qida məhsulları, 27-si qeyri-qida məhsulları, 2-si isə digər kateqoriyaya aid məhsullarla bağlıdır. Agentlik tərəfindən “Şərq bazarı” kompleksində və “Bolmart” marketdə müvafiq yer icarəyə götürülməklə mikro və kiçik sahibkarların məhsullarının satışına başlanılıb. Burada KOB subyektlərinin bal və arıçılıq məhsulları, un və un məmulatları, granola qida məhsulu, alkoqolsuz içkilər, alma sirkəsi, quru meyvələr, ədviyyatlar, əl işləri və digər məhsulları satılır. KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək məqsədilə digər ticarət şəbəkələri ilə də işlər aparılır, eyni zamanda bu dəstəkdən yararlanmaq istəyən mikro və kiçik sahibkarlardan müraciətlərin qəbulu davam edir. 


Powered by Froala Editor