Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Sahibkarların nəzərinə! 22.04.19
Sahibkarların nəzərinə!

Biznes subyektləri üçün bütün “G2B” (dövlət-biznes) və zəruri “B2B” (biznes-biznes) xidmətlərinin vahid məkanda əldə edilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən Bakı şəhərində kiçik və orta biznes evinin (KOB evi) yaradılması istiqamətində təşkilati və planlama işləri davam etdirilir.

KOB evində sahibkarlıq subyektləri öz bizneslərinin planlamasından başlayaraq biznesin idarə edilməsinin bütün mərhələlərində ehtiyac duyulan xidmətləri əldə edə biləcəklər. Burada biznesi planla, biznesə başla, biznesi işlət, biznesi inkişaf etdir və biznesi bağla daxil olmaqla beş biznes proses üzrə 30-dan çox dövlət qurumunun 100-dən artıq “G2B” və özəl qurumların 1000-dən artıq “B2B” xidmətləri əlaqəli şəkildə təşkil olunacaqdır.

KOB evində bank, sığorta, notariat, dizayn, çap, məsləhət xidmətləri və sahibkarların biznes fəaliyyəti çərçivəsində ehtiyac duyduğu digər xidmətlər təklif olunacaq, xidməti ofislər, görüş otaqları və konfrans zalları yaradılacaqdır ki, bu da rahat və işgüzar mühitin formalaşdırılmasına xidmət edəcəkdir.

KOB evində “B2B” xidmətləri göstərməkdə maraqlı olan sahibkarlar Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müracət edə bilərlər.

Əlaqə vasitələri:

e-poçt: kobevi@smb.gov.az;

tel: (+99412) 404-04-01

mob: (+994 55) 226-30-30.

Powered by Froala Editor