Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub
Sahibkarların müraciətləri dinlənilib 24.07.26
Sahibkarların müraciətləri dinlənilib

Qəbələ və İsmayıllı rayonlarından olan sahibkarların və biznesə başlamaq istəyən şəxslərin onlayn qəbulu keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə regionlarda fəaliyyət göstərən sahibkarlarla görüşlər davam edir. 

Növbəti onlayn qəbulda Agentliyin İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev Qəbələ və İsmayıllı rayonlarından olan sahibkarların müvafiq rayonlarda aqroturizm biznesinin yaradılmasına, poliqrafiya, ictimai iaşə və kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyətin genişləndirilməsinə maliyyə dəstəyi, uşaqlar üçün düşərgələrin təşkili layihəsinin tanıdılmasına və sərgilərdə iştiraka dəstək kimi məsələlərə dair müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Qəbul zamanı KOB subyektlərinə dövlətin mövcud dəstək alətləri, o cümlədən Agentliyin dəstək mexanizmləri barədə məlumat verilib, onların təklifləri dinlənilib. 

 

Powered by Froala Editor