Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Sahibkarlara “Startap” şəhadətnaməsi verilib 17.08.21
Sahibkarlara “Startap” şəhadətnaməsi verilib


Daha 3 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Bunlar "Kibrit.Tech" MMC-nin çağrı mərkəzlərinin işinin təşkili və idarə edilməsi üçün “Orangeline” proqram tətbiqi, “Profam” MMC-nin sığorta xidmətlərini vahid ünvandan təqdim edən “www.insure.az” layihəsi və "Unibroad" MMC-nin eyni adlı xaricdə təhsil almaq istəyənlər üçün onlayn platformasıdır. 

Sözügedən KOB subyektləri “Startap” şəhadətnaməsini aldıqları tarixdən müvafiq layihələrdən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunur.

Qeyd edək ki, mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər. İndiyədək KOBİA tərəfindən 10 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi almaq üçün müvafiq meyarlar, müraciət üçün ərizə forması və lazım olan sənədlərlə bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi


Powered by Froala Editor