Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Sahibkarlar üçün seminar təşkil edilib 17.10.25
Sahibkarlar üçün seminar təşkil edilib

Sahibkarlar elektrik şəbəkəsinə qoşulma qaydaları, qaz təchizatı sahəsində müayinə və texniki xidmətin həyata keçirilməsi ilə bağlı məlumatlandırılıb.

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə əməkdaşlığı ilə “Sahibkar saatı” layihəsi çərçivəsində maarifləndirici seminar keçirilib. Tədbirdə elektrik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən podratçılar, eləcə də “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri iştirak ediblər.

“Bakı KOB evi”ndə keçirilən tədbirdə KOBİA-nın Katibliyinin rəhbəri Elmar İsayev və EMTA-nın departament direktoru vəzifəsini icra edən Malik Muradzadə sahibkarların məlumatlandırılması məqsədilə müxtəlif qurumlarla birgə seminar və dəyirmi masaların təşkil edilməsinin əhəmiyyətini bildiriblər. Vurğulanıb ki, belə tədbirlər müvafiq sahədə görülən işlər, qanunvericiliyin tələbləri barədə sahibkarların məlumatlandırılması, dövlət qurumları ilə iş adamları arasında əməkdaşlığın inkişafı baxımından faydalıdır.

Sonra EMTA-nın əməkdaşları Vüqar Həşimov və Ağarza Əliyev Agentlik tərəfindən göstərilən xidmətlər, elektrik şəbəkəsinə qoşulma qaydaları, qaz təchizatı sahəsində müayinə və texniki xidmətin həyata keçirilməsi, ixtisas attestatının verilməsi ilə bağlı təqdimatlarla çıxış ediblər. 

Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında müzakirələr aparılıb.

Powered by Froala Editor