Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Sahibkarlar üçün ödənişsiz təlimlər keçirilir 18.05.21
Sahibkarlar üçün ödənişsiz təlimlər keçirilir

Mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün müxtəlif dəstək tədbirləri və güzəştlərlə yanaşı, onların sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının, məlumatlılıq səviyyəsinin artırılması da dövlət tərəfindən dəstəklənir. Bu məqsədlə KOB subyektləri, startaplar və biznesə başlamaq istəyən şəxslərə müasir çağırışlar nəzərə alınmaqla peşəkar təlimçi-ekspertlər tərəfindən təlim və məsləhət xidmətləri göstərilir. Bakı, Sumqayıt, Xaçmaz, YevlaxŞəki şəhərlərində yerləşən KOB inkişaf mərkəzləri (KOBİM) tərəfindən pandemiya şəraitinin tələbləri nəzərə alınmaqla mərkəzlərdə və onlayn formatda biznesyönümlü təlimlər təşkil olunur. Təlimlərdə iştirak ödənişsizdir.  


Sahibkarlıq subyektləri may ayında keçiriləcək təlimlər barədə ətraflı məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi internet səhifəsindən (https://bit.ly/3yekQAW) və ya KOBİM-lərin vahid internet saytından - www.kobim.az əldə edə bilərlər.


Qeyd edək ki, KOB inkişaf mərkəzləri tərəfindən keçirilən təlimlər biznesin planlaşdırılması və inkişafı, marketinq və satış, maliyyə, vergilər, sığorta, insan resurslarının idarə edilməsi, ixrac, sahibkarlıq sahəsində qanunvericilik, peşəkar ünsiyyət bacarıqları və s. kimi istiqamətləri əhatə edir. Təlimlər KOB subyektlərinin ehtiyacları, eləcə də biznes sahəsində müasir çağırışlar və yeniliklər nəzərə alınmaqla planlaşdırılır. KOBİM-lər həmçinin, sahibkarlara fərdi və qrup halında məsləhət xidmətləri göstərir, biznes planın və layihələrin hazırlanması, biznes ideyanın reallaşdırılması üçün dövlət və özəl qurumlarla əlaqələndirmə və maliyyə resurslarına çıxış istiqamətlərində və s. dəstək göstərir. 

Powered by Froala Editor