Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Sahibkarlar üçün BMT-nin Qlobal Sazişinə dair təqdimat keçirilib 29.10.22
Sahibkarlar üçün BMT-nin Qlobal Sazişinə dair təqdimat keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün BMT-nin Qlobal Sazişinə dair təqdimat keçirilib.


Qlobal Sazişlə bağlı təqdimatla çıxış edən ekspert Samir Məmmədov qeyd edib ki, statistikaya əsasən strategiya və fəaliyyətinə insan hüquqları, ədalətli əmək münasibətləri, ətraf mühit və korrupsiya ilə mübarizə prinsiplərini tətbiq edən şirkətlər daha gəlirli və davamlı, brendləri daha dəyərli, kapitala daha çox çıxış imkanına malik və əməkdaşlar, müştərilər və cəmiyyət üçün daha cəlbedicidir. BMT-nin Qlobal Sazişi müəssisələri öz strategiya və fəaliyyətlərini hamılıqla qəbul edilmiş insan hüquqları, işçi hüquqları, ətraf mühit və korrupsiyaya qarşı mübarizə ilə bağlı prinsiplərlə uyğunlaşdırmaq və BMT-nin “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə töhfə verməyi təşviq edir. Saziş 160-dan çox ölkədə 12 mindən çox biznes və 3 mindən artıq qeyri-biznes tərəfdaşlarını özündə birləşdirən korporativ təşəbbüsdür. Qlobal Sazişdə nəzərdə tutulan prinsiplər Ümumdünya İnsan Haqları Bəyannaməsi, İşdə Əsas Prinsiplər və Hüquqlar üzrə Beynəlxalq Əmək Təşkilatının Bəyannaməsi, Ətraf Mühit və İnkişaf üzrə Rio Bəyannaməsi və BMT-nin Korrupsiyaya qarşı Konvensiyası kimi əsas beynəlxalq sənədlərə əsaslanır. 


Sonda BMT-nin Qlobal Sazişi ilə bağlı sahibkarların sualları cavablandırılıb. 

Powered by Froala Editor