Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Sahibkarlar lisenziya üçün Xaçmaz KOB evinə də müraciət edə bilərlər 30.03.21
Sahibkarlar lisenziya üçün Xaçmaz KOB evinə də müraciət edə bilərlər

Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektləri müxtəlif fəaliyyət sahələrinə İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyalar üçün “Xaçmaz KOB evi"nə də müraciət edə bilərlər. Mart ayında "Xaçmaz KOB evi" vasitəsilə sahibkarlıq subyektinə bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı üçün lisenziya verilib. Həmçinin, mart ayında Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərindən müxtəlif fəaliyyət sahələrinə lisenziyaların verilməsi üçün “Xaçmaz KOB evi”nə müraciətlər daxil olub. 

 

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturu olan "Xaçmaz KOB evi"ndə 16 dövlət və özəl qurum tərəfindən sahibkarlıq subyektlərinə 200-dən çox dövlət-biznes (G2B) və zəruri biznes-biznes (B2B) xidmətləri göstərilir, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyaların verilməsi həyata keçirilir.

Powered by Froala Editor