Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Yaşıl biznes necə olmalıdır? İxracla məşğul olan sahibkarlar üçün növbəti təlim keçirilib Daha 4 sahibkar innovasiya fəaliyyəti üzrə mənfəət vergisindən azad edilib Azərbaycan-Vyetnam Biznes Şurası yaradılır Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə! KOBİA-da Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib 7-ci qrant müsabiqəsi barədə sahibkarların sualları cavablandırılıb Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində qadınlarla görüş keçirilib KOBİA və "Belarus Universal Əmtəə Birjası" ASC arasında Anlaşma Memorandumu imzalanıb KOBİA-nın qrant dəstəyi barədə "CBC FM"in "İqtisadi həftə" verilişində
Sahibkarlar elektron dövlət qeydiyyatından istifadə barədə məlumatlandırılıb 24.09.21
Sahibkarlar elektron dövlət qeydiyyatından istifadə barədə məlumatlandırılıb

Sentyabrın 24-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə öz biznesini qurmaq istəyən şəxslər, startaplar, mikro və kiçik sahibkarlıq subyektləri üçün “Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatların üstünlükləri” mövzusunda onlayn seminar keçirilib.

 

Tədbirdə Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı sahəsində həyata keçirilən islahatlar və elektron qeydiyyatın yeni imkanları barədə ətraflı məlumat verib, elektron qeydiyyat sistemindən istifadə qaydalarını əyani şəkildə nümayiş etdirib. Bildirilib ki, hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatların həyata keçirilməsində məqsəd biznesə başlama prosedurlarının sadələşdirilməsi, vaxta qənaət, şəffaflığın təmin olunması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. Elektron qeydiyyat zamanı qeydiyyat sənədləri vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və sənədlərin kağız daşıyıcıda təqdim olunmasına ehtiyac olmur. Həmçinin, elektron kabinetə göndərilmiş qeydiyyat sənədlərinin bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatların müvafiq informasiya sistemlərinə inteqrasiyası təmin edilib. 

 

Onlayn seminarda yerli investisiyalı kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatına dair video çarx nümayiş olunub, biznesin qeydiyyatına və elektron qeydiyyat prosedurlarına dair iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

 

Qeyd edək ki, mikro və kiçik sahibkarlıq subyektləri, startaplar və öz biznesini qurmaq istəyən şəxslər üçün mütəmadi olaraq KOBİA və Dövlət Vergi Xidməti tərəfindən maarifləndirici tədbirlər, o cümlədən təlim və seminarlar təşkil edilir. 

Powered by Froala Editor