Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Sahibkarlar arasında mini futbol turniri keçiriləcək 17.09.21
Sahibkarlar arasında mini futbol turniri keçiriləcək

Sahibkarlar arasında yeni əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsi, eləcə də sağlam həyat tərzinin təşviqi məqsədilə mini futbol turniri keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol” MMC-nin tərəfdaşlığı, “Qolat Sport Services”in təşkilatçılığı və “Modern Hospital”ın dəstəyi ilə təşkil olunan turnirdə müxtəlif sahibkarlıq subyektlərinin əməkdaşlıarından ibarət komandalar iştirak edəcək.

 

Sentyabrın 17-də mini futbol turnirinin püşkatma mərasimi keçirilib. KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, “Marsol MMC-nin təsisçisi Tural Mustafayev və digər tərəfdaş qurumların nümayəndələrinin və sahibkarlıq subyektlərinin iştirakı ilə keçirilmiş tədbirdə turnir barədə məlumat verilib. Qeyd edilib ki, sentyabrın 26-da start götürəcək turnirdə 32 komanda yarışacaq.

 

Turnirin qalibləri kubok, medal və digər mükafatlarla təltif olunacaqdır. 

Powered by Froala Editor