Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Sahibkarlar 2025-ci ildə daha çox hansı xidmətlərdən istifadə ediblər 18.02.26
Sahibkarlar 2025-ci ildə daha çox hansı xidmətlərdən istifadə ediblər

KOBİA KOB evlərində daha çox “G2B” xidmətlər göstərən qurumların adlarını açıqlayıb. 

2025-ci ildə sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, poçt göndərişləri, mənşə sertifikatı, gömrük ximətləri, fitosanitar sertifikatın alınması üçün müraciət ediblər. Ötən il KOB evlərində sahibkarlara daha çox “G2B” xidmət göstərmiş qurumlar aşağıdakılardır:

-Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – 257 699 (47,5%)

-“Azərpoçt” MMC – 96 902 (17,8%)

-Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi – 62 051 (11,4%)

-Dövlət Gömrük Komitəsi – 30 384 (5,6%)

-Qida Təhlükəsizliyi Agentliyi – 17 289 (3,2%)

Belə ki, KOB evlərində 2025-ci ildə biznes subyektlərinə göstərilmiş 543 033 xidmətin 464 325-i (85,5%) adıçəkilən qurumlar tərəfindən göstərilib. 

Qeyd edək ki, KOB evləri sahibkarların dövlət (“G2B”) və biznes (“B2B”) xidmətlərinə vahid məkanda sürətli və rahat çıxışını təmin edən mərkəzlərdir. Sahibkarların “G2B” və “B2B” xidmətlərə KOB evləri vasitəsilə çıxması onların vaxtına və resurslarına qənaət etməsinə imkan verir. Hazırda Bakı, Yevlax, Xaçmaz və Şuşa şəhərlərində olmaqla ölkə üzrə 4 KOB evi, eləcə də “Xaçmaz KOB evi”nin Xudat şəhərində xidmət mərkəzi fəaliyyət göstərir. Bu KOB evləri yalnız adıçəkilən şəhərlərdə deyil, ətraf rayon və şəhərlərdə fəaliyyət göstərən sahibkarlara da xidmət edir. KOB evlərində sahibkarlara “G2B” xidmətlər üzrə biznesin qeydiyyatı, vergi və gömrük məsələləri, lisenziya, icazə, mənşə sertifikatı və s. kimi sənədlərin alınması, “B2B” xidmətlər üzrə bank, sığorta və digər növ xidmətlər təqdim olunur. 

KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxildir. Agentlik tərəfindən KOB evlərinin funksionallığının və xidmət çeşidinin artırılması, coğrafi baxımdan genişləndirilməsi, rəqəmsal həllərin tətbiqi və proseslərin daha da sadələşdirilməsi istiqamətində işlər davam etdirilir. Artıq bir sıra ölkələr KOB evi təcrübəsi və onun ölkələrində tətbiqi ilə yaxından maraqlanırlar. Bu istiqamətdə bir neçə ölkənin müvafiq qurumu ilə əməkdaşlıq sənədləri də imzalanıb.

Powered by Froala Editor