Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Sahibkar və menecerlərimiz Almaniyada ixtisasartırma kursunda iştirak edir 06.05.22
Sahibkar və menecerlərimiz Almaniyada ixtisasartırma kursunda iştirak edir

“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə proqramı” hibrid formatda davam etdirilir. 

 

Bu ilin 29 mart - 5 aprel tarixlərində keçirilmiş müsahibədə uğur qazanmış 28 sahibkar və menecər üçün Bakıda 2 günlük təlim keçirilib. Almaniyadan olan ekspertlər tərəfindən tədris olunan təlimdə menecment sahəsində beynəlxalq təcrübə barədə məlumat verilib, hər bir iştirakçı ilə fərdi görüşlər keçirilib. Bununla yanaşı, təlimə proqramın məzunu dəvət olunub və onun tərəfindən proqramdan daha effektiv istifadə barədə faydalı məsləhətlər verilib. 

 

Mayın 2-dən etibarən isə menecer və sahibkarlar üçün virtual təlim təşkil olunub. İxtisasartırma kursunu uğurla başa vurmuş iştirakçılara beynəlxalq sertifikat təqdim ediləcək. Növbəti mərhələdə iştirakçılar müvafiq şirkətlərlə danışıqlar aparmaq, iqtisadi əməkdaşlıq əlaqələri qurmaq üçün 2 həftə müddətinə Almaniyaya səfər edəcəklər.

 

Qeyd edək ki, pandemiya dövründə proqramda virtual iştirak etmiş 7 nəfərdən ibarət menecer və sahibkar hazırda Almaniyada səfərdədir. Mayın 10-dək davam edəcək səfər müddətində onlar üçün təlimlər keçiriləcək və işgüzar görüşləri təşkil olunacaqdır.  

 

Sahibkar və menecerlərdən ibarət növbəti qrupun Amaniyaya səfəri  mayın 16-24-də nəzərdə tutulur. Təlimlərdə iştirakla bağlı xərclər Almaniya tərəfindən qarşılanır. 

 

Eyni zamanda proqram çərçivəsində turizm, İKT, logistika, tikinti, enerji, şərabçılıq, şəkər çuğunduru istehsalı, məişət tullantılarının təkrar emalı və digər istehsal və xidmət sahələrini təmsil edən menecerlərlə netvörkinq keçirilib. Görüşün məqsədi 2009-2021-ci illər ərzində proqramda iştirak etmiş sahibkar və menecerlər arasında biznes əlaqələrinin genişləndirilməsi olmuşdur. 

 

Məlumat üçün bildirək ki, Azərbaycan tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Almaniya tərəfindən GİZ-in əlaqələndirici olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə proqramı” çərçivəsində bugünədək 480 sahibkar və menecer ixtisasartırma kursunda iştirak edərək, menecment sahəsində biliklərə, beynəlxalq təcrübəyə yiyələniblər. Ötən ildən etibarən pandemiya səbəbindən ixtisasartırma kursu onlayn formatda davam etdirilib. Proqrama qoşulmaq istəyən sahibkar və menecerlər KOBİA-ya müraciət edə bilərlər. 

Powered by Froala Editor