Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Sahibkar və menecerlər Almaniyada ixtisasartırma kursunda olublar 08.07.22
Sahibkar və menecerlər Almaniyada ixtisasartırma kursunda olublar

“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində azərbaycanlı sahibkar və menecerlərin növbəti qrupu Almaniyanın Ulm şəhərində beynəlxalq ixtisasartırma kursu keçiblər. 

 

20 iyun – 2 iyul tarixlərində hibrid formatda keçirilən ixtisasartırma kursunda iqtisadiyyatın müxtəlif sahələrdə fəaliyyət göstərən 22 sahibkar və menecerlər iştirak edib. Eyni zamanda sahibkar və menecerlərimiz aqrar, turizm, logistika, İKT, üzümçülük və şərabçılq üzrə şirkətlərdə görüşlər keçirib, qabaqcıl təcrübə ilə yerində tanış olub, yeni əməkdaşlıq əlaqələri qurublar.

 

Məlumat üçün bildirək ki, Azərbaycan tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Almaniya tərəfindən GİZ-in əlaqələndirici olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə proqramı” çərçivəsində indiyədək 500-ə yaxın sahibkar və menecer ixtisasartırma kursunda iştirak edərək, menecment sahəsində biliklərə, beynəlxalq təcrübəyə yiyələniblər. Proqrama qoşulmaq istəyən sahibkar və menecerlər KOBİA-ya müraciət edə bilərlər. 

Powered by Froala Editor