Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Sahibkar Elmar Əsgərzadə: “KOBİA-nın təqdim etdiyi qrantlar sahibkarlar üçün vacib dəstəkdir” 06.11.23
Sahibkar Elmar Əsgərzadə: “KOBİA-nın təqdim etdiyi qrantlar sahibkarlar üçün vacib dəstəkdir”

Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üçün onlara yalnız güzəştli şərtlərlə kreditlər ayrılmır, həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən qrantlar təqdim olunur ki, bu da onların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və layihələrinin həyata keçirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Qrant vəsaitinin ayrılması KOBİA tərəfindən təşkil edilən müsabiqələr əsasında həyata keçirilir. KOB-ların təqdim etdiyi layihələrə qrantlar Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq verilir. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq qaydaya görə, müsabiqə təqvim ili ərzində iki dəfədən çox olmadan aparılır. KOBİA-nın bu məqsədlə elan etdiyi qrant müsabiqələrində KOB subyektlərinə aid olan istənilən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər iştirak edə bilərlər.

Bu vaxta kimi keçirilmiş üç müsabiqə çərçivəsində qrant almaq üçün Agentliyə təhsil üzrə 282, dəstək üzrə 256, tədqiqat sahəsi üzrə 68, elm üzrə 56, digər sahələrdə isə 101 layihə təqdim olunub. İndiyədək keçirilmiş müsabiqələr çərçivəsində 39 KOB subyektinin layihəsinə qrant vəsaiti ayrılıb. Onlardan 5-i təhsil, 1-i elm, 4-ü tədqiqat, 29-u isə dəstək sahəsinə aiddir. Bu layihələr bir sıra sahələr üzrə yanacağa qənaət, müxtəlif qurğuların, onlayn platformaların və proqram təminatının hazırlanması, təkrar emal, tullantısız istehsal, beynəlxalq sertifikatların və patentlərin alınması, qadın sahibkarlığının inkişafı, KOB-ların faydalanması üçün tədqiqat işlərinin aparılması və s. kimi sahələri əhatə edir.

KOBİA-dan aldığı qrant hesabına tədqiqat aparan fərdi sahibkar, 2020-ci ildə innovasiya və sahibkarlıq istiqaməti üzrə Prezident mükafatına layiq görülmüş Elmar Əsgərzadə “vergilər.az”ın müxbiri ilə söhbətində vurğulayıb ki, bu qrantlar ideyası və təcrübəsi olan sahibkar üçün gözəl dəstəkdir. KOBİA-dan elm sahəsi üzrə layihə üçün 20 min manatlıq qrant alan müsahibimiz qeyd edib ki, tədqiqatlarının məqsədi daxili yanma mühərrikləri üçün daha innovativ formatda, ətraf mühitə heç bir ziyan vermədən yanacağa qənaət edən qatqıların hazırlanması olub: “Bu qatqının hazırlanmasında məqsəd mühərrikdə sürtünmənin azaldılmasıdır. Sürtünmə azalanda mühərrikə az güc düşür və o, daha minimal yanacaq sərf edir, həmçinin ətraf mühitə atılan karbon qazının miqdarı aşağı olur”.

E.Əsgərzadə əlavə edib ki, layihə çərçivəsində sintez olunmuş materialın kimyəvi tərkibi araşdırılıb və bir neçə testdən sonra arzulanan nəticə alınıb. Daha sonra əsas triboloji təcrübələrin aparılması üçün material həm Azərbaycanda, həm də Türkiyədə testdən keçirilib. Nəticələrə əsasən, alınan məhsul mühərrik yağına qatıldıqda ona mənfi təsir etmir. Bu qatqı mühərrikdəki sürtünmə qüvvəsini zəiflədərək həm yanacaq sərfiyyatını azaldır, həm də mühərrikin ömrünü uzadır.

Sahibkar diqqətə çatdırıb ki, layihə komandası 2021-ci ilin oktyabr ayında “Climate-Kic” tərəfindən təşkil edilən “Maritime Climaccelerator” proqramının iştirakçısı olub. Bir illik proqram həm gəmilərdə pulsuz testləri təmin edir, həm də Avropa şirkətləri ilə əməkdaşlığa şərait yaradır. Proqram iştirakçıları, eyni zamanda, 25 min avro investisiya əldə etmək imkanı qazanırlar.

E.Əsgərzadə bildirib ki, tədiqatların nəticələri hələlik kommersiya məqsədilə tətbiq edilmir: “Sənayedə sürtünmənin baş verdiyi səthlərdə - kompressorlarda, nasoslarda, çarxlarda tədqiqatın nəticələrindən istifadə etmək olar. Məhsulumuzdan istifadə olunması məqsədilə gəmi şirkətləri ilə əməkdaşlıq etməyə çalışırıq. Bundan başqa, məhsulumuzu sığorta etdirmək istəyirik ki, o, gəmiyə hansısa zərər vurarsa, dəyən zərər avtomatik olaraq ödənilsin. Perspektiv planlarımızda təcrübələri uğurla yekunlaşdırıb bazara çıxmaq istəklərimiz dayanır”.

https://vergiler.az/news/economy/26661.html

Powered by Froala Editor