Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Şagirdlər arasında növbəti Milli Startap Çempionatı keçirilib 15.06.22
Şagirdlər arasında növbəti Milli Startap Çempionatı keçirilib

İyunun 15-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “MiniBoss Business School Baku”nun şagirdləri arasında sayca 2-ci Milli Startap Çempionatı keçirilib.


Çempionatda 6-17 yaş arasında uşaqların təmsil olunduğu 12 komanda peşəkar münsiflər heyəti qarşısında öz biznes layihələrini – startaplarını təqdim ediblər. Layihələr qida, kimya, İKT və sosial sahələri əhatə edir.


2-ci Milli Çempionatda qalib gəlmiş komandalar “MiniBoss Business Scholl Baku”nu Dünya Startap Çempionatında təmsil edəcək. Ümumiyyətlə, milli çempionatda iştirak etmiş bütün komandalara sertifikatlar verilib.


Qeyd edək ki, “Miniboss Business School” beynəlxalq təhsil şəbəkəsi uşaq və yeniyetmələrə biznesin əsaslarının tədris olunduğu biznes məktəbdir və dünyada 50-dən çox filialı var. 2020-ci ildən Bakıda fəaliyyət göstərən “Miniboss Business School Baku” uşaqların, yeniyetmə və gənclərin erkən yaşlardan sahibkarlıq sahəsində ilkin bilik və bacarıqlara yiyələnməsini tədris edir.

Powered by Froala Editor