Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Şabran sahibkarları ilə müzakirələr aparılıb 19.02.25
Şabran sahibkarları ilə müzakirələr aparılıb

Görüşdə rayonun biznes imkanları, sahibkarlığın maliyyələşdirilməsi, peşəkar məsləhət xidməti, turizm fəaliyyəti üzrə kiçik hotellərin tikintisi və satış kanalları ilə bağlı fikir mübadiləsi aparılıb. 


Regionlarda fəaliyyət göstərən sahibkarların bölgənin biznes potensialı və dövlətin dəstək mexanizmləri barədə məlumatlandırılması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə görüşlər davam etdirilir. Növbəti belə görüş Şabran rayonunda keçirilib. 

Şabran Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş tədbirdə kənd təsərrüfatı, bağçılıq, arıçılıq, heyvandarlıq, tikinti, ekoturizm, qida və s. sahələrdə fəaliyyət göstərən 60-a yaxın sahibkar iştirak edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov sahibkarları biznes fəaliyyəti üçün dövlət dəstəyi mexanizmləri, güzəştlər, sahibkarlığın maliyyələşdirilməsi, satış, eləcə də rayonun biznes imkanları və dövlətin dəstəyi ilə bu potensialın reallaşdırılması barədə məlumatlandırıblar. Qeyd olunub ki, Şabranda biznes qurmaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən, investisiya qoyuluşu üçün uyğun sektor axtarışında olan sahibkarlar KOBİA-nın KOB dostu ofisinə müraciət edə bilərlər. Ölkənin 50-dən çox şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları sahibkarların yerlərdəki biznes bələdçisi funksiyasını yerinə yetirməklə, onlara ehtiyacı olan dəstəyi göstərir və əlaqələndirir. 

Görüş çərçivəsində sahibkarlarla biznesin maliyyələşdirilməsi, fəaliyyətin genişləndirilməsi üçün peşəkar məsləhət xidməti, turizm fəaliyyəti üzrə kiçik hotellərin tikintisi, satış kanalları kimi mövzularda müzakirələr aparılıb, fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb.

KOBİA-nın təşkilatçılığı ilə belə görüşlər ölkənin digər şəhər və rayonlarında da davam etdiriləcəkdir. 

Powered by Froala Editor