Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Rəqabət Məcəlləsinin biznes mühitinə təsir imkanlarına dair ictimai müzakirə təşkil olunub 27.05.24
Rəqabət Məcəlləsinin biznes mühitinə təsir imkanlarına dair ictimai müzakirə təşkil olunub

Tədbirdə Rəqabət Məcəlləsinin tətbiqinin praktiki əsaslarına dair məlumat verilib, Məcəllənin ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və sahibkarlığın inkişafına mümkün töhfələrindən bəhs edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə “Yeni Rəqabət Məcəlləsi: rəqabət qanunvericiliyində aparılmış dəyişikliklərin biznes mühitinə təsir imkanları” mövzusunda ictimai müzakirə təşkil olunub.

 “Bakı KOB evi”ndə dövlət-sahibkar əməkdaşlığı çərçivəsində keçirilən tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri və 80-ə yaxın biznes subyekti iştirak edib. 

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin bu ilin 1 iyul tarixindən etibarən qüvvəyə minəcək Rəqabət Məcəlləsi barədə sahibkarların məlumatlandırılması və suallarının cavablandırılması məqsədilə təşkil edildiyini qeyd edib. 

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanan Rəqabət Məcəlləsi, biznes və rəqabət mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində tətbiq olunan müasir yanaşmalar barədə məlumat verib. Qeyd edilib ki, yeni iqtisadi və sosial çağırışlara cavab vermək, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafı təmin etmək, müasir tənzimləmə metodlarını tətbiq etmək zərurətindən irəli gələrək hazırlanmış Rəqabət Məcəlləsində sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin təmin edilməsi, kartel tipli əlaqələrin qarşısının alınması, təbii inhisar subyektlərinin fəaliyyətinə səmərəli nəzarətin təşkil edilməsi, haqsız rəqabət və hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılması ilə bağlı məsələlərə dair tənzimləmə alətləri təkmilləşdirilib. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Rəqabət Məcəlləsinin qəbul edilməsini ölkəmizin iqtisadi qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində əldə edilmiş uğurlardan biri kimi qiymətləndirib. Bildirilib ki, iqtisadiyyatın inkişafında özəl sektorun artan rolunu nəzərə alaraq Məcəllə azad və sağlam rəqabət mühitinin təmin edilməsinə, onun prinsiplərinin qorunmasına və inkişafına öz töhfəsini verəcəkidr. Qarşıdakı dövrdə ölkə üzrə fəaliyyət göstərən KOB dostu şəbəkəsi vasitəsilə Məcəllənin KOB subyektlərinə verə biləcəyi faydalara həsr edilmiş maarifləndirmə görüşləri keçiriləcəkdir.

Tədbir çərçivəsində Rəqabət Məcəlləsinin tətbiqinin praktiki əsasları izah edilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Powered by Froala Editor