Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Regionlarda sahibkarlıq fəaliyyəti üçün imkanlar: KOB evləri, KOB dostları, KOB inkişaf mərkəzləri 26.05.25
Regionlarda sahibkarlıq fəaliyyəti üçün imkanlar: KOB evləri, KOB dostları, KOB inkişaf mərkəzləri

Regionlarda biznesə başlamaq və ya sahibkarlıq fəaliyyətini inkişaf etdirmək istəyən iş adamları dəstək üçün KOBİA-nın struktur bölmələrinə müraciət edə bilərlər.

Regionlarda mövcud biznes potensialının reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də iş adamlarının investisiya təşəbbüslərinin dəstəklənməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) geniş infrastruktur şəbəkəsi mövcuddur. Sahibkarlıq fəaliyyətinə başlamaq və biznesini inkişaf etdirmək istəyən iş adamları dəstək və xidmətlər üçün KOBİA-nın KOB evlərinə, 50-dən çox şəhər və rayonu əhatə edən KOB dostu şəbəkəsinə və KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər. 

Qeyd edək ki, indiyədək KOBİA regionlarda həyata keçirilən və ya icrası davam edən 18 layihəyə 300 min manatdan çox qrant vəsaiti ayırıb. Regionlarda fəaliyyət göstərən 40 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Məhsul və xidmətlərinin satışına və tanıdılmasına dəstək üçün bölgələrdə 930-a yaxın biznes subyketinin iştirakı ilə 16 sərgi və yarmarka təşkil edilib. Ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən faydalanmış sahibkarların 15-ə yaxını regionlardandır. Bölgələrdə yeni məhsul və xidmət istehsalı üzrə sahibkarların müraciətləri və KOBİA-nın təşəbbüsü ilə 3 daxili bazar araşdırması aparılıb. 

Bugünədək Agentlik tərəfindən regionlarda fəaliyyət göstərən sahibkarlar və biznesə başlamaq istəyən şəxslər üçün ödənişsiz olaraq 3 mindən çox təlim, 80 min saata qədər məsləhət xidməti təşkil olunub. KOBİA-nın dəstəyi ilə hazırlanmış biznes planların 700-ə yaxını da region sahibkarlarının və ya bölgələrdə icra olunacaq layihələrin payına düşür. 

Bölgələrdəki sahibkarların biznes sahəsindəki yeniliklər və müasir çağırışlar, mövcud dövlət dəstəyi alətləri barədə məlumatlandırılması, qarşılaşdıqları məsələlərin, ehtiyac və təkliflərinin öyrənilərək müvafiq qurumlarla birgə həlli məqsədilə indiyədək KOBİA tərəfindən 20 mindən çox sahibkarın iştirakı ilə 580-ə yaxın sahəvi görüş və maarifləndirmə tədbiri təşkil olunub. 

Powered by Froala Editor