Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Regionlarda sahibkarlarla görüşlər keçirilib 19.02.26
Regionlarda sahibkarlarla görüşlər keçirilib

Görüşlərdə sahibkarlar dövlətin dəstək alətləri, sahibkarlıq sahəsində yeniliklər barədə məlumatlandırılıb. 

Ağstafa, Mingəçevir, Sədərək və Samux rayonlarında sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüşlər keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və sahibkarlara dəstək və xidmət göstərən aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşlərdə sahibkarlar dövlət dəstəyi mexanizmləri, o cümlədən subsidiyaların qeydiyyatı, lizinq yolu ilə texnikaların satışı, eləcə də aqrar sığorta, Vergi Məcəlləsində edilmiş son dəyişikliklər barədə məlumatlandırılıb, sualları cavablandırılıb. Sahibkarların qarşılaşdıqları bir sıra məsələlərlə bağlı müvafiq qurumlar tərəfindən yerində izahatlar verilib, qanunvericiliyin tələbləri diqqətə çatdırılıb və müzakirələr aparılıb.

Həmçinin görüşlərə KOBİA tərəfindən dəvət olunmuş bank nümayəndələri tərəfindən biznesin maliyyələşdirilməsi, bank kreditləri və güzəştli maliyyə alətləri barədə məlumat verilib.

Görüşlərdə sahibkarların səsləndirdikləri təkliflər KOBİA əməkdaşları tərəfindən qeydə alınıb.

Ümumilikdə görüşlərdə istehsal, emal, ictimai iaşə, kənd təsərrüfatı və heyvandarlıq sahələrində fəaliyyət göstərən 130-dan çox sahibkar iştirak edib.

Powered by Froala Editor