Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Regionlarda sahibkarlara ödənişsiz məsləhət xidməti göstərilir 30.09.22
Regionlarda sahibkarlara ödənişsiz məsləhət xidməti göstərilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzinə (KOBİM) daxil olan müraciətlərə əsasən 23 sahibkara yerində məsləhət xidmətləri göstərilib.

Xaçmaz KOBİM tərəfindən sentyabr ayı ərzində Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının 20-yə yaxın kəndində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təsərrüfatlarına baxış keçirilib. Xarici ekspert Sərkan Şimşək tərəfindən göstərilən məsləhət xidmətləri çərçivəsində fındıq, qoz, gilas, armud, alma, şaftalı, badam, şaftalı və nektarin bağlarında meyvə ağaclarına qulluq, zərərvericilərə qarşı dərman vasitələrindən düzgün istifadə, budama, suvarma və gübrələmə, əkin qaydaları və yığım prosesi haqqında məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Powered by Froala Editor