Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Regionlarda KOB-ların məhsullarının satışına dəstək məqsədilə yarmarkalar – “KOB Fest” təşkil olunacaq 29.04.22
Regionlarda KOB-ların məhsullarının satışına dəstək məqsədilə yarmarkalar – “KOB Fest” təşkil olunacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, eləcə də Şəmkir və Quba rayonlarında KOB Fest – sərgi-satış yarmarkaları təşkil olunacaq.


Yarmarkaların keçirilməsində məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim edilməsi və satışına dəstək olmaq, eləcə də yerli məhsulların tanıdılmasıdır. Yerli istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqə yaradacaq yarmarkalar KOB-ların məhsullarının daha çox satılması və tanıdılması ilə yanaşı, KOB-lar və təchizatçılar arasında işgüzar əlaqələrin qurulmasını, həssas əhali qrupuna aid sahibkarlıq subyektlərinin satış imkanlarının genişləndirilməsini də hədəfləyir.


Yarmarkalarda KOB subyektlərinin istehsal etdikləri qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri, eləcə də KOB-lar tərəfindən göstərilən xidmətlər təqdim ediləcək. Yerli startaplar da öz məhsul və xidmətləri ilə yarmarkada təmsil oluna bilərlər. KOB Festlər çərçivəsində həmçinin, sahibkarlar arasında “B2B” görüşlər keçiriləcək, biznes xidmətlər göstəriləcək, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar təşkil olunacaqdır. 

Ölkə regionlarında təşkil olunacaq KOB Fest sərgi-satış yarmarkaları aşağıdakı tarixlərdə keçiriləcəkdir: 

 

8 may – Şəmkir rayonu 

13 may – Gəncə şəhəri

22 may – Lənkəran şəhəri

11 iyun – Sumqayıt şəhəri 

18 iyun – Quba rayonu  

 

Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər. Müraciətlər elektron qaydada qəbul olunur: https://smb.gov.az/az/contact-form/exhibition-form/1

Powered by Froala Editor