Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Regional turizmin inkişafını hədəfləyən RİTM proqramı ictimaiyyətə təqdim edilib 01.07.21
Regional turizmin inkişafını hədəfləyən RİTM proqramı ictimaiyyətə təqdim edilib

İyulun 1-də regionlarda turizm üzrə startapların dəstəklənməsi və bölgələrdə turizmə investisiyaların cəlb edilməsi məqsədi ilə Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) proqramı ictimaiyyətə təqdim olunub. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesi İnkişafı Agentliyi (KOBİA) proqramın tərəfdaşları sırasındadır.


Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov turizm sahəsində sahibkarlığın təşviqinin Agentliyin fəaliyyət gündəliyinin prioritetlərindən olduğunu qeyd edib, layihə çərçivəsində mümkün əməkdaşlıq imkanları və KOBİA-nın dəstəyi barədə məlumat verib. Vurğulanıb ki, layihənin həyata keçirilməsi regionlarda turizm sektoru üzrə məşğulluğun artmasına, yeni sahibkarlıq subyektlərinin yaranmasına öz töhfəsini verəcəkdir. KOBİA layihəyə hərətərəfli dəstək göstərəcək. Belə ki, Agentlik tərəfindən startaplara onlara 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə vergi imtiyazı verən “Startap” şəhadətnaməsi verilir və bu istiqamətdə layihə iştirakçıları üçün məlumatlandırıcı vebinarlar təşkil oluna bilər. Layihə iştirakçıları üçün təlimlərin keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi məqsədilə Agentliyin KOB inkişaf mərkəzlərinin mütəxəssisləri tərəfindən dəstək göstərilə bilər. 


Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında startap proqramının bölgələrimizdə xidmət keyfiyyətinin yüksəldiləməsinə, turizm məhsullarının sayının və çeşidinin artmasına, həmçinin dayanıqlı turizmin inkişafına töhfə verəcəyini bildirib. Qeyd olunub ki, regional turizmin inkişafı məşğulluğun artmasına və turizmyönümlü yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəcək əsas amillərdəndir. 


Tədbirdə layihənin internet səhifəsi - https://ritm.tourismboard.az/ təqdim edilib, proqrama müraciətlə bağlı şərtlər və qaydalar açıqlanıb.


Qeyd edək ki, regional sahibkarlıq proqramı olan RİTM  turizm üzrə investorları və İT mütəxəssislərini cəlb etməklə innovativ startaplara təkan verilməsi, yerli əhalinin sahibkarlıq sahəsində potensialının inkişaf etdirilməsi, eləcə də turizm üzrə fəaliyyət göstərən kiçik və orta sahibkarların dəstəklənməsi istiqamətində fəaliyyət göstərəcək. KOBİA ilə yanaşı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və beynəlxalq audit şirkəti olan “PricewaterhouseCoopers” (PwC) layihənin tərəfdaşlarıdır. 

Powered by Froala Editor