Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
"Rebuild Karabakh" sərgisində KOBİA xüsusi stendlə iştirak edəcək 18.10.22
"Rebuild Karabakh" sərgisində KOBİA xüsusi stendlə iştirak edəcək

Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh”, 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – “BakuBuild” və 14-сü “Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu” sərgiləri öz işinə başlayacaq. 


“Rebuild Karabakh” sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə yaradılmış stenddə tikinti, sənaye, İKT, dizayn, layihələndirmə və təmir xidmətləri kimi sahələrdə fəaliyyət göstərən KOB subyektlərinin məhsul və xidmətləri təqdim ediləcək. 


Həmçinin, sərgi çərçivəsində KOBİA-nın təşkilatçılığı ilə “Qarabağda biznes və investisiya imkanları” mövzusunda panel müzakirə keçiriləcək. 


KOBİA sərgi ziyarətçilərini Agentliyin stendinə dəvət edir. 

Powered by Froala Editor