Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Qusarda yem emalı müəssisəsi istifadəyə verilib 28.06.19
Qusarda yem emalı müəssisəsi istifadəyə verilib

İyunun 28-də Qusar rayonunun Gədəzeyxur kəndində Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisəsi istifadəyə verilib.

Bununla bağlı İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov, Qusar Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ənvər Balabəyov, SEDA layihəsi üzrə menecer Əhməd Məmmədzadə və kənd sakinləri belə müəssisələrin bölgələrdə aqrar sektorun və heyvandarlığın inkişafı, yemə olan tələbatın ödənilməsi və yeni iş yerlərinin açılması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.

Qeyd edək ki, yem emalı müəssisəsində istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb.

Qusar rayonunun Gədəzeyxur kəndindəki yem emalı müəssisəsi Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən SEDA layihəsi çərçivəsində istifadəyə verilmiş sayca 29-cu yem emalı müəssisəsidir.

Tədbir çərçivəsində həmçinin, KOBİA-nın fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumat verilib, sahibkarlıq fəaliyyəti ilə məşğul olan kənd sakinlərinin biznesin qurulması və inkişafı ilə bağlı Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən KOB dostlarına müraciət edə biləcəkləri qeyd edilib.

Powered by Froala Editor