Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Qubada sahibkarlarla görüş keçirilib 26.10.24
Qubada sahibkarlarla görüş keçirilib

Tədbirdə bölgədə sahibkarlıq fəaliyyəti və biznesin inkişaf etdirilməsi üçün imkanlar barədə fikir mübadiləsi aparılıb, sahibkarların təklifləri dinlənilib.

Quba İş Adamlarına Dəstək (QİAD) platformasının təşkilatçılığı ilə Qubada 250-dən çox sahibkarın, eləcə də dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib. 

Tədbir bölgədə iqtisadi və işgüzar əlaqələrin, sahibkarlar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, biznes fəaliyyətinin təşviqi, ticarətin artırılması, bölgəyə xarici investisiyaların cəlb olunması, bununla da regionun inkişafına dəstək məqsədilə təşkil edilib. 

Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyini (KOBİA) İdarə Heyəti sədrinin müavini Samir Hümbətov təmsil edib. Tədbirdə bölgədə sahibkarlıq fəaliyyəti, biznesin inkişaf etdirilməsi üçün imkanlar, regionun turizm potensialı, sahibkarlığın inkişafı üçün dövlət dəstəyi alətləri barədə məlumat verilib, sahibkarların fikirləri dinlənilib, sualları cavablandırılıb. Qeyd olunub ki, belə tədbirlər regionun sahibkarları arasında əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıqların qurulması, iş adamlarının təkliflərinin dinlənilməsi baxımından əhəmiyyətlidir və mütəmadi olaraq təşkil olunacaqdır. 

Həmçinin tədbir çərçivəsində bölgənin iqtisadi və turizm potensialı ilə bağlı məlumatlandırıcı "Niyə Quba?!" adlı kitabçanın təqdimatı keçirilib. 

Powered by Froala Editor