Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Qubada fəaliyyət göstərən turizm müəssisələri üçün keçirilən təlimlər başa çatıb 26.05.21
Qubada fəaliyyət göstərən turizm müəssisələri üçün keçirilən təlimlər başa çatıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzinin (KOBİM) təşkilatçılığı və Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti Təşkilatının dəstəyi ilə Quba rayonunda fəaliyyət göstərən turizm müəssisələri və turizm sahəsində təhsil alan tələbələr üçün təşkil olunmuş təlimlər başa çatıb.

Turizm obyektlərinin yay turizm mövsümünə hazırlıq səviyyəsinin artırılmasına və turizm sahəsində kadr potensialının inkişafına dəstək məqsədilə keçirilmiş təlimlərdə turizm müəssisələrinin 70-ə yaxın rəhbər və işçi heyəti, 4 təhsil müəssisəsində turizm sahəsində təhsil alan 40-dan çox tələbə iştirak edib. Qeyd edək ki, turizm sahəsində təhsil alan tələbələrin təlimlərə cəlb olunmasında məqsəd onların məşğulluq imkanlarının genişləndirilməsinə və turizm müəssisələrinin potensial kadr seçiminə dəstək göstərmək olmuşdur.

Nəzəri və praktik hissələrdən ibarət təlimlər çərçivəsində iştirakçılar turizm müəsissələrində tibbi təhlükəsizlik və əməyin mühafizəsi, marketinq, satış, “MSDS” təlimatı və təmizlik heyəti üçün kimyəvi dərmanlardan istifadə, mətbəxdə qabaqcıl beynəlxalq təcrübə və şəxsi gigiyena qaydalarına nəzarət, xidmət və menyunun təqdimatı, qonaqpərvərlik, müştərilərlə peşəkar ünsiyyət mövzularında məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Təlimlər pandemiya ilə əlaqədar olaraq qruplar şəklində və müvafiq qaydalara uyğun olaraq keçirilib. 

Təlimi uğurla başa çatdıran iştirakçılara sertifikatlar təqdim olunub.

Yaxın günlərdə Qusar rayonunda fəaliyyət göstərən turizm müəsissələri və tələbələr üçün də turizmlə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur.

Powered by Froala Editor