Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Qlobal Sahibkarlar Konqresi çərçivəsində KOBİA bir sıra görüşlər keçirib, sənəd imzalayıb 21.09.23
Qlobal Sahibkarlar Konqresi çərçivəsində KOBİA bir sıra görüşlər keçirib, sənəd imzalayıb

İndoneziya, Səudiyyə Ərəbistanı, İraq və Türkiyənin müvafiq qurumları ilə keçirilmiş görüşlərdə əməkdaşlıq imkanları və birgə təşəbbüslər müzakirə edilib. 

Avstraliyanın Melburn şəhərində keçirilən Qlobal Sahibkarlar Konqresi (“GEC2023”) çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İndoneziya, Səudiyyə Ərəbistanı, Türkiyə və İraqın müvafiq qurumlarının nümayəndələri ilə görüşüb.  

İndoneziyanın İqtisadi Məsələlər üzrə Nazirliyində İcmanın gücləndirilməsi və sahibkarlıq üzrə direktor Chairul Saleh ilə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən KOB-lar arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanının Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (MONSHAAT) müavini Səud Əlsabhan arasında görüşdə birgə təşəbbüslər və nəzərdə tutulan qarşılıqlı səfərlər müzakirə edilib. 

İraq Baş nazirinin müşaviri və “Riyada Təşəbbüsü”nün baş direktoru Hüseyin Tahir ilə görüşdə İraqın biznesi dəstəkləyən qurumları ilə əməkdaşlığın qurulması və hər iki ölkənin biznes dairələrinin əlaqələndirilməsinə dair fikir mübadiləsi aparılıb. 

TOBB Gənc Sahibkarlar Şurasının və “GEN Türkiyə”nin vitse-prezidenti, Habitat Dərnəyinin prezidenti Sezai Hazır ilə sahibkarlıq, KOB-ların dəstəklənməsi və mümkün əməkdaşlıq imkanları müzakirə edilib. 

Səfər çərçivəsində həmçinin, KOBİA, Qlobal Sahibkarlıq Şəbəkəsi (GEN) və “GEN Azərbaycan” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qlobal Sahibkarlıq Şəbəkəsinin prezidenti Conatan Ortmans və “GEN Azərbaycan”ın icraçı direktoru Seymur Hüseynov imzalayıblar. Memorandumda yerli startap layihələrinə investisiyaların  cəlb edilməsi, onları potensial investorlar və maliyyə mənbələri ilə əlaqələndirmək, beynəlxalq bazarlara çıxışda kömək etmək, bacarıq və biliklərinin gücləndirilməsinə yönəlmiş seminar, təlim və mentorluq proqramlarının, startap müsabiqələrinin, sahibkarlığa dair birgə tədbirlərin təşkili, Azərbaycanın sahibkarlıq ekosistemi ilə beynəlxalq tədqiqat qrupları arasında əlaqələrin genişləndirilməsi, sahibkarlıq və startap fəaliyyəti ilə bağlı məlumat və təcrübə mübadiləsi kimi əməkdaşlıq istiqamətləri nəzərdə tutulur. 

Powered by Froala Editor