Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Qida istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib 20.10.22
Qida istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Abşeron rayonunda qida istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri ilə görüş keçirilib.


Görüşdə KOBİA-nın, Abşeron Rayon İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun, Dövlət Vergi Xidmətinin, Azərbaycan Standartlaşdırma İnstitutunun, Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyasının nümayəndələri, eləcə də 15-dən çox sahibkarlıq subyekti iştirak edib.


Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunmuş görüşdə sahibkarların ticarət şəbəkələrinə və maliyyə resurslarına çıxışına, vergi qanunvericiliyinə və digər məsələlərə dair fikir mübadiləsi aparılıb. 


Görüşdə həmçinin, sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Powered by Froala Editor