Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Qənaətli istehsal üsullarına dair təlim keçiriləcək 11.09.19
Qənaətli istehsal üsullarına dair təlim keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Qənaətli istehsal üsulu “Sigma” üzrə və “Qənaətli enerji” mövzusunda təlim keçiriləcək.

Aidiyyəti dövlət qurumlarının, sənaye müəssisələrinin nümayəndələrinin və sahibkarların iştirakı ilə təşkil olunacaq təlimin keçirilməsində məqsəd qənaətli istehsal metodları barədə məlumatlandırmaq və bu sahədə müzakirələrin aparılmasıdır.

Təlimdə iştirak ödənişsizdir.

Tədbir 18 sentyabr 2019-cu il tarixində, saat 10:00-da İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda (Ünvan: Həsən Bəy Zərdabi prospekti, 88a) keçiriləcəkdir.

Təlimdə iştirak etməkdə maraqlı olan sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər (telefon: (012) 404-04-01, e-mail: training@smb.gov.az , Urfan Nəbiyev).

Powered by Froala Editor