Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Qəbələnin lavanda təsərrüfatı fəaliyyətini genişləndirir 09.06.21
Qəbələnin lavanda təsərrüfatı fəaliyyətini genişləndirir

Qəbələ rayonunun Çuxur Qəbələ kəndinin ərazisində yerləşən lavanda təsərrüfatında yaxın günlərdə məhsul biçininə başlanılacaq. Biçindən əvvəl Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Şəki-Zaqatala Koordinatorluğunun Qəbələ-Oğuz “KOB Dostu” ofisinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinin könüllüləri, həmçinin Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin mütəxəssisləri lavanda təsərrüfatında olub, gül plantasiyaları ilə maraqlanıblar.


KOBİA-nın Qəbələ-Oğuz “KOB Dostu” ofisindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son vaxtlar lavanda plantasiyalarının sahəsi genişləndirilərək 26 hektara çatdırılıb, ərazidə yeni melisa təsərrüfatı yaradılıb. Tezliklə təsərrüfat tərəfindən orqanik lavanda balının istehsalına da başlanılacaq. KOBİA tərəfindən ötən müddətdə lavanda təsərrüfatına müvafiq sertifikatların alınması, satış üzrə əlaqələndirmə, yerli tərəfdaşların tapılması, eləcə də sahibkarlara göstərilən dövlət dəstək mexanizmləri üzrə məsləhət xidmətləri göstərilib. Agentlik, həmçinin Qəbələnin lavanda təsərrüfatı ilə Lənkəranın “Yaşıl çay” fermer təsərrüfatı arasında əlaqələrin yaranmasına da dəstək olub. Nəticədə, birgə əməkdaşlıq çərçivəsində sahibkarlar tərəfindən lavanda tərkibli yaşıl çay istehsalına başlanılıb. Eyni zamanda, bu əməkdaşlıq çərçivəsində “Yaşıl çay” fermer təsərrüfatının ərazisində yarım hektar sahədə lavandanın sınaq əkini də həyata keçirilib.


Qurumdan bildirilib ki, ölkəmizə gələn xarici qonaqlar Qəbələnin Çuxur Qəbələ kəndindəki lavanda təsərrüfatına böyük maraq göstərirlər. Bu təsərrüfat eko-aqro turizmin inkişafı baxımından da əhəmiyyətlidir. Eyni zamanda, belə təsərrüfatlar müvafiq sahə üzrə mütəxəssislərin hazırlanması, gələcəkdə yaradılacaq oxşar təsərrüfatların düzgün qurulması və inkişafı baxımından da faydalıdır. Təsərrüfatda yeni sahələr üzrə daimi və mövsümi (50-60 nəfər) iş yerlərinin açılması isə kənd sakinlərinin məşğulluğunun genişləndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.


https://azertag.az/xeber/Qebelenin_lavanda_teserrufati_fealiyyetini_genislendirir-1801731

Powered by Froala Editor