Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Qazaxıstanın ticarət missiyası Bakıda səfərdədir 07.06.22
Qazaxıstanın ticarət missiyası Bakıda səfərdədir

Qazaxıstanın ticarət missiyasının Bakıya səfəri çərçivəsində hər iki ölkənin iş adamlarının və müvafiq qurumlarının iştirakı ilə Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib.

 

Tədbirdə Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov, “QazTrade” ASC-nin baş direktoru Azamat Asgarula, Qazaxıstanın Standartlaşdırma və Metrologiya İnstitutunun baş direktoru G.M.Muxambetov və digərləri çıxış edib, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.


Biznes forumdakı çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinə, KOBİA-nın biznesə dəstəyinə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb. Qeyd olunub ki, Agentlik Qazaxıstanın müvafiq qurumları, o cümlədən “Damu” Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edir. KOBİA yerli KOB-lar ilə potensial xarici tərəfdaşlar, o cümlədən Qazaxıstandan olan iş adamları arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün də çalışır. Qazaxıstan iş adamları Azərbaycana investisiya qoyuluşu, yerli tərəfdaşların tapılması üçün KOBİA-nın müxtəlif dəstək və xidmətlərindən istifadə edə bilərlər. 


Məlumat üçün bildirək ki, Azərbaycana səfər çərçivəsində Qazaxıstanın ticarət missiyası bir sıra ticarət şəbəkələrində olacaqdır.  

 

Powered by Froala Editor