Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Qazaxda “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində KOB dostu fəaliyyətə başlayıb 09.08.23
Qazaxda “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində KOB dostu fəaliyyətə başlayıb

Azərbaycanın “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərəcək KOB dostu sahibkarlara idxal-ixrac əməliyyatları və gömrük prosedurları ilə bağlı informasiya, məsləhət və hüquqi yardım göstərəcək.


Qazax rayonunda Azərbaycan Respublikasının “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostu fəaliyyətə başlayıb.  


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən KOB dostunun xidmət pəncərəsi ilə tanış olublar. 


Məlumat verilib ki, mikro, kiçik və orta sahibkarlar gömrük xidmətlərindən istifadə edən zaman “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən KOB dostuna müraciət etməklə idxal-ixrac əməliyyatları, gömrük rəsmiləşdirilməsi və prosedurları ilə bağlı informasiya, məsləhət, hüquqi yardım kimi xidmətlərdən istifadə edə biləcəklər. KOB dostunun “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində fəaliyyəti həmçinin, KOB-ların müvafiq sahə ilə bağlı müraciətlərinin KOBİA-nın və Dövlət Gömrük Komitəsinin iştirakı ilə dövlət-sahibkar əməkdaşlığı çərçivəsində operativ həll olunmasına imkan verəcək. Qeyd edək ki, bu, Dövlət Gömrük Komitəsinin xidməti ərazisində Bakı şəhərindən sonra KOB dostunun sayca 2-ci xidmət pəncərəsidir.


Bundan əvvəl 2019-cu ildə Bakı Baş Gömrük İdarəsində KOB dostunun xidmət pəncərəsi fəaliyyətə başlayıb.


Powered by Froala Editor