Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib 22.05.26
Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib

Şəmkir, Tovuz və Gədəbəy rayonlarından olan sahibkarların onlayn qəbulu keçirilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə regionlarda fəaliyyət göstərən sahibkarların müraciətlərinin dinlənilməsi davam edir. Növbəti onlayn qəbul zamanı Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov Şəmkir, Tovuz və Gədəbəy rayonlarından olan sahibkarların müraciətlərini dinləyib. 

Qəbul zamanı sahibkarların güzəştli kreditlərin ayrılması, istehsal üçün avadanlıqların alınmasına və “B2B” əməkdaşlığın genişləndirilməsinə dəstək barədə sualları cavablandırılıb, təklifləri dinlənilib. Həmçinin sahibkarlara dövlətin mövcud dəstək alətləri və onlar üçün müraciət prosedurları izah olunub. 

Powered by Froala Editor