Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən sahibkarların nəzərinə! Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub
Qaxda bal emalı müəssisəsi açılıb 04.12.19
Qaxda bal emalı müəssisəsi açılıb

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən birgə reallaşdırılan “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində dekabrın 4-də Qax rayonunun Ləkit kəndində bal emalı müəssisəsi istifadəyə verilib.

Bununla əlaqədar Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil edilmiş tədbirdə Qax Rayon İcra Hakimiyyətinin, KOBİA-nın, USAİD-in nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Tədbirdə SEDA layihəsi çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verilib, belə layihələrin bölgələrdə mikro və kiçik sahibkarlığın inkişafına töhfə verdiyi qeyd edilib, Ləkit kəndində bal emalı müəssisəsinin satışa çıxarılacaq yerli balın qablaşdırılmasında və saxlanmasında, ümumilikdə arıçılığın inkişafında əhəmiyyəti vurğulanıb.

Qeyd: İndiyədək SEDA layihəsi çərçivəsində Azərbaycanın regionlarında yol tikintisi, su təminatı, tibb məntəqəsinin, inkubatorların, eləcə də balın qablaşdırılması, yem emalı, şirniyyat, meyvəqurutma müəssisələrinin yaradılması üzrə 163 layihə reallaşdırılıb.

Powered by Froala Editor