Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Qarsda Türkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib 17.06.25
Qarsda Türkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib

Qars şəhərində Azərbaycan və Türkiyə iş adamlarının iştirakı ilə Türkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib. Bu məqsədlə bir qrup Azərbaycan iş adamı, o cümlədən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasına üzv olan sahibkarlar və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Qars şəhərinə səfər ediblər. 


Ölkəmizin Qars şəhərindəki Baş Konsulluğunun dəstəyi, Türkiyənin Odalar və Borsalar Birliyi, Qars Ticarət və Sənaye Palatasının və KOBİA-nın birgə təşkiatçılığı ilə keçirilən forumda hər iki ölkənin iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən biznes nümayəndələri ilə yanaşı, Türkiyənin Ardahan, İğdır, Ağrı, Erzurum, Van kimi bölgələrinin ticarət palatalarının, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) regional nümayəndəliklərinin rəhbərləri iştirak ediblər. 


Forumun məqsədi Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, xüsusilə Naxçıvan Muxtar Respublikasının biznes imkanları barədə Türkiyə iş adamlarını məlumatlandırmaq, eləcə də sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, ikitərəfli ticarətin, o cümlədən sərhədyanı ticarətin təşviq edilməsidir.


Tədbirdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov, Qars valisi Ziya Polat, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qars Ticarət və Sənaye Palatasının sədri Kadir Bozan və KOSGEB-in sədr müavini Selim Serkan Ercan mövzu ətrafında çıxış edərək, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin və regionlararası əməkdaşlığın genişləndirilməsinə, yeni əməkdaşlıq istiqamətlərinə dair fikir və təkliflərini bölüşüblər. 


Forum çərçivəsində Azərbaycan və Türkiyə tərəfindən hər iki ölkənin biznes və investisiya imkanları, sərhədyanı ticarətə dair potensial barədə təqdimatlar keçirilib, şirkətlər fəaliyyətləri və mümkün əməkdaşlıq istiqamətləri barədə çıxış ediblər. 


Səfər çərçivəsində Azərbaycan iş adamları Qarsda fəaliyyət göstərən bir sıra müəssisələrdə olub, yerli iş adamları ilə ikitərəfli görüşlər keçiriblər. 


Eyni zamanda, KOBİA nümayəndələri Qars Ticarət və Sənaye Palatasının rəhbəri Kadir Bozan, Qars Valisi Ziya Polat və Qars Bələdiyyə başkanı Ötüken Senger ilə görüşüb. Görüşlərdə biznes dairələri arasında əməkdaşlıq, regionlararası əlaqələrin genişləndirilməsi imkanları, sərhədyanı ticarət üçün potensialdan istifadə və bu sahədə müvafiq təşkilatların birgə fəaliyyəti müzakirə edilib. Həmçinin, KOBİA nümayəndələri Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunda olublar.

Powered by Froala Editor